BANK

01 Yanvar
3

Bankomatlarda gizli kamera yerləşdiriləcək

Azərbaycanda fəaliyyət göstərən bankomatlara qarşı yeni tələblər müəyyənləşdirilib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, yeni tələblər kart istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Belə ki, yeni tələblərə əsasən, bankomat daxilində kart istifadəçisinin üz təsvirini aydın çəkməyə imkan verən ən azı bir ədəd gizli kamera quraşdırılmalıdır. Bu kameranın görüntüləri qeydə alınmalı və ən azı 6 ay müddətində saxlanılmalıdır.

Bundan başqa, tələblərdə kənar şəxslərin bankomata müdaxiləsinin qarşsıının alınması məsələsinə də toxunulur. Yeni tələblərə əsasən, bankomatın kart oxuyucu qurğusuna kənardan müdaxilə edilməsinin qarşısını alan xüsusi avadanlıq quraşdırılmalıdır. Açıq ərazilərdə quraşdırılmış bankomatlar isə əlavə olaraq titrəyiş və istilik sensorları ilə təmin edilməlidir.

Ən maraqlı tələblərdən biri bankomatların qarşısındakı əraziyə nəzarətlə bağlıdır. Tələbə əsasən açıq ərazilərdə quraşdırılmış bankomatın qarşısındakı və ya ətrafındakı 2 metrdən az olmayan ərazi sutkanın qaranlıq vaxtı aydın şəkildə işıqlandırılmalıdır. Nəhayət, bankomatların daxili proqram təminatı lisenziyalı antivirus proqramı ilə qorunmalıdır.