BANK

01 Yanvar
3

“Muğanbank”ın daha 3 filialı açıldı

Bu gündən “Muğanbank” Şəmkir, Salyan və Xaçmazda yeni filialları fəaliyyətə başlayıb. Bu barədə fins.az-a bankdan məlumat verilib.

Məlumata görə, yeni filiallarda fiziki və hüquqi şəxslərə hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. kimi bank xidmətləri təqdim olunur.

Filiallar müvafiq olaraq Şəmkir şəhəri, Səməd Vurğun küçəsi 179, Salyan şəhəri, Heydər Əliyev prospekti 109 və Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində fəaliyyət göstərir. Bank daha bir neçə regionda filial açmağı planlaşdırılır.