BANK

01 Yanvar
7

Azərbaycanlılar banklardan çəkinməyə başlayıblar - HESABAT

Azərbaycanda öz kredit tarixçələri barədə məlumat alanların sayı dəfələrlə artıb. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) hesabatında bildirilir. Hesabata əsasən 2014-cü ilin ilk rübündə reyestrdən 41 bank və 27 BOKT istifadə edib. Dövr ərzində reyestrdə 618 979 sorğu daxil olub ki, bunlardan 609 500-ü banklar və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən daxil olub. Ötən ilin eyni dövrü ilə (429 385) müqayisədə MKR-ə edilən sorğuların sayı 1,44 dəfə artıb.

Hesabatda deyilir ki, birinci rübdə 9 479 nəfər öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə bu rəqəm 928 idi. Başqa sözlə, ölkədə banklar qarşısında reputasiyasını dəqiqləşdirmək və bank tarixçəsini öyrənmək istəyənlərin sayı 10 dəfədən çox artıb. Dövrün sonunda MKR-də haqqında məlumat toplanan borcalanların sayı 2 042 650, kredit məlumatlarının sayı 7 096 386, cəmi zaminlərin sayı isə 918 484 olub.