BANK

01 Yanvar
18

Həyat sığortasından 134 min manat - QAZANDI

Azərbaycanın maliyyə qurumlarından birinin əməkdaşı həyatın yığım sığortasından 134 min manat qazanıb. Fins.az-ın məlumatına görə, bu barədə, müştərinin sığortaçısı olan "Atəşgah Həyat" şirkətindən bildirilib. Məlumata görə, məbləği 133 942 manat olan ödəniş müştəriyə fevral ayında təqdim edilib. Xatırladaq ki, həyatın yığım sığortası vasitəsilə işçilər hər ay əmək haqlarının müəyyən hissəsi həcmində ödənişlər etməklə müqavilə müddətinin sonunda iri ödəniş əldə edə bilərlər. Həyatın yığım sığortası ilə bağlı geniş məlumatı buradan əldə etmək olar.

Ümumilikdə bu ilin ilk rübündə "Atəşgah Həyat" sığorta şirkəti tərəfindən iki böyük ödəniş həyata keçirilib. İkinci ödəniş istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə edilib. Şirkətin məlumatına görə, bədbəxt hadisə nəticəsində metal emal edən sənaye müəssisələrindən birinin əməkdaşı zədə alıb - onun sol əlinin iki barmağı amputasiya olunub. Buna görə, fevral ayında həmin şəxsə 47 158 manat ödənilib.