BANK

04 May
4

Pakistan bankına 10 il möhlət verildi

Pakistan Milli Bankının (PMB) Bakı filialına 2025-ci ilə qədər məcmu kapitalını indiki səviyyədə saxlamağa icazə verilib. Bu barədə fins.az-a filialın baş menecerinin müavini Sahib Quliyev məlumat verib.

Onun sözlərinə görə, bu məsələ Azərbaycanda səfərdə olan Pakistanın maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Mohammad İshaq Darın Prezident İlham Əliyevlə görüşündə müzakirə edilib: “Görüşdə banka qarşı kapital tələbi də qaldırılıb və dövlət başçısı yaxın 10 il üçün bizə icazə verib ki, indiki kapitalla işləyək. 2025-ci ildən sonra mərhəbəli şəkildə kapitalı artıracağıq”.

Hazırda PMB-nin Bakı filialının məcmu kapitalı 10 milyon 332 min manatdır.