Bank

05 May
3

"Bank BTB"dən "Azərbaycan Kredit Bankı"na yeni transfer

"Bank BTB"nin ("Bakı Ticarət Bankı") İdarə Heyəti sədrinin “Azərbaycan Kredit Bankı”na Müşahidə Şurasının sədri gətirilməsindən sonra, 2-ci oxşar transfer baş verib. Fins.az-ın "Marja"ya istinadən yaydığı məlumata görə, "Bank BTB"nin Problemli kreditər departamentinin direktoru Cavid Eldar oğlu Zeynalov mayın 1-dən “Azərbaycan Kredit Bankı”nın İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.

Cavid Zeynalov 19 Aprel 1981-ci il tarixində Bakı şəhərində anadan olub. O, 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsini bitirib. 2001-2003-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsində magistr təhsili alıb. 2001-ci ildən daxili işlər orqanlarda zabit vəzifəsində qulluq edib. 2011-ci ildən Bank BTB-də şöbə rəisi, 2013-cü ildən isə Problemli kreditər departamentinin direktoru vəzifəsində işləyib.

Ailəlidir, 2 övladı var.