Bank

05 May
1

"Regiona güclü dəstəyimizi davam etdirəcəyik" – AİB prezidenti

"Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla 15 ildir tərəfdaşlıq edir. Azərbaycanın gəlirləri artıb, yoxsulluq ciddi azalıb. Bu da Azərbaycanın davamlı inkişafa töhfəsidir". Fins.az-ın “Report”a istinadən yaydığı məlumata görə, bunu AİB-in Bakıda keçirilən Direktorlar Şurasının toplantısında çıxış edən Bankın prezidenti Takehiko Nakao bildirib: "ADB-nin ümumi maliyyə dəstəyi 23 milyard dollara bərabərdir, öz vəsaitlərini isə 10 milyard dollara çatdırıb. Bu da son illər müşahidə olunan rekord rəqəmdir".

Bununla yanaşı o, AİB-nin keyfiyyətli təhsili təşviq etdiyini əlavə edib: "Azərbaycanda məktəbləri gözdən keçirərək millətin tərəqqisinə bələd ola bilərik".

ADB-nin başçısı qeyd edib ki, təşkilatın maliyyə qabiliyyəti 2017-ci ilədək 50%-ə çatdırılacaq: "Biz Asiya ve Sakit okean regionunun artım dərəcələrini qorumalıyıq, struktur islahatları həyata keçirməliyik. Biz regiona güclü dəstəyimizi davam etdirəcəyik".

"Ümumiyyətlə, regionda yoxsulluq azaldılmalıdır. Hazırda 40 mln. insan gündə 1,5 dollara çalışır. Biz nəzərə almalıyıq ki, istehlak səbəti ənənəvi qalır, ərzağın dəyəri artır. Əgər yeni yoxsulluq dərəcəsini qəbul etsək rəqəm daha da artar", - deyə T.Nakao bildirib.

Bank prezindentinin sözlərinə görə, 2015-ci il beynəlxalq təşəbbüslərin həyata keçirilməsi ili olmalıdır. Bu ilin dekabr ayında Parisdə (Fransa) iqlim dəyişikliyi ilə bağlı keçiriləcək konfransda müxtəlif təşəbbüslər irəli sürüləcək.