BANK

06 May
15

“AGbank” işçi axtarır – VAKANSİYA

“AGbank” Sumqayıt filialına “Pərakəndə kreditləri üzrə mütəxəssis” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər ali iqtisadi təhsilli olmalı, Azərbaycan və rus dillərində danışmağı bacarmalı, MS Office proqramlarında işləməyi, riyazi hesablamalar aparmağı bacarmalıdır. Bu sahədə azı 1 il iş təcrübəsi tələb olunur.

Əsas vəzifə öhdəlikləri:

- İstehlak kreditləri üçün müraciət etmiş ərizəçilərin müraciətlərinə baxılması;

- Rəsmiləşmədən irəli gələn sənədlərin tərtibi;

- Kredit ödənişlərinin qəbulu;

- Kredit ödənişi yığımlarına nəzarət;

- Gün ərzində verilmiş kredit dosyelərinin qovluqlarda yığılması;

- Problemli kredit statusu almış dosyelərin PAİED-nə təhvil verilməsi üçün hazırlanması;

- Filialın strategiya, hədəf və prioritetlərinə uyğun olaraq keyfiyyətli kredit portfelini formalaşdırmaq;

- İntizamlı və yüksək səviyyədə müştəri xidmətlərini həyata keçirmək;

- Bank sirri və kommersiya sirrini qorumaq, təşkil edilmiş təlim və bilik artırma kurslarında və attestasiya imtahanlarında iştirak etmək;

- Tabeçiliyində olduğu rəhbərin əmr və göstərişlərini yerinə yetirmək;

İş vaxtı həftənin 5 günü, saat 09:00-dan 18:00-a qədərdir. İşçilərlə əmək müqaviləsi bağlanılır. Maraqlananlar öz CV-lərini shafigahm@agbank.az və cv@agbank.az elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində “CV Sumqayıt filialı-Kredit mütəxəssisi” yazılmalıdır. Əlaqədar şəxs Şəfiqə Məmmədzadədir.