Bank

07 May
4

“Bank of Baku” işçi axtarır – VAKANSİYA

“Bank of Baku” “Hüquqşünas” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər ali hüquq təhsilli olmalı, Azərbaycan dilini mükəmməl bilməli, MS Office proqramlarında işləməyi bacarmalıdır. Bu sahədə azı 1 il iş təcrübəsi tələb olunur. Hərbi xidməti bitirənlərə və yaxud hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verili.

Əsas vəzifə öhdəlikləri:

-Məhkəməyə göndərilməsi üçün şöbəyə daxil olmuş işlərin məhkəməyə hazırlıq işlərini aparmaq, iddia ərizələrini hazırlamaq və işləri məhkəməyə göndərmək;

- Məhkəmə, icra, hüquq-mühafizə və digər dövlət orqanlarında bankı nümayəndə qismində təmsil etmək;

- Məhkəmə qərarlarının vaxtında alınmasını və aidiyyatı struktura təqdim edilməsini təmin etmək;

- Hüquq mühafizə orqanlarından banka daxil olan sorğu və müraciətləri cavablandırmaq.

İş vaxtı həftənin 5 günü, saat 09:00-dan 18:00-a qədərdir. Əmək haqqı 455-500 manatdır. Fəaliyyətin nəticələrinə əsasən əlavə bonus ödənilə bilər.

Maraqlananlar öz CV-lərini hr@bankofbaku.com elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində “Hüquqşünas” yazılmalıdır.