Bank

09 May
2

Azərbaycanda kredit qoyuluşu azalıb

Bu ilin yanvar-mart aylarının yekunlarına görə, Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 milyard 72,8 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, yanvar-fevral aylarının yekunlarına ilə müqayisədə 64,9 milyon manat və yaxud 3,22% azdır. Bununla belə, ilin əvvəlinə nisbətən kreditləşmənin məbləği 11,41%, son 1 ildə isə 30,11% artıb.