BANK

09 May
3

"Unibank"-dan "PAŞA Holdinq"ə transfer

Bir qədər əvvəl “Unibank”ın icraçı direktoru vəzifəsindən istefa vermiş Cəlal Qasımov yeni vəzifəyə təyin olunub. Fins.az-ın məlumatına görə, o, hazırda “PAŞA Holdinq”in İdarə Heyətinin sədr müavini vəzifəsini tutur. Xatırladaq ki, bir qədər əvvəl Сəlal Qasımovun “PAŞA Bank”ın İdarə Heyətinin sədri vəzifəsinə gətiriləcəyi, hazırda bu vəzifəni tutan Fərid Axundovun isə “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevi əvəz edəcəyi barədə xəbərlər yayılmışdı.