BANK

09 May
7

Prezident AYİB-in rəhbəri ilə görüşdü

Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Fins.az-ın “AzərTAc”a istinadən yaydığı məlumata görə, görüşdə dövlət başçısı bildirib ki, nümayəndə heyətinin Azərbaycana səfəri əməkdaşlığımızın perspektivlərinin müzakirə etmək üçün yaxşı fürsətdir. Suma Çakrabarti isə Azərbaycanın etibarlı tərəfdaş olduğunu, rəhbərlik etdiyi qurumun ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiyini, Azərbaycanda həyata keçirilən layihələrdən məmnun olduğunu bildirib. Görüşdə Azərbaycanda AYİB arasında əməkdaşlığın enerji infrastrukturunun yaradılması, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.