BANK

09 May
8

AYİB “Cənub Qaz Dəhlizi” layihəsində iştirak etmək istəyir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Şahdəniz-2” layihəsinin icrasına növbəti dəfə sindikatlaşdırılmış kredit ayıracaq. Fins.az-ın məlumatına görə, bu barədə AYİB prezidenti Suma Çakrabarti Bakıda təşkil etdiyi mətbuat konfransında məlumat verib.

Bununla belə, onun sözlərinə görə, hələ ki, ayrılacaq kreditin məbləği məlum deyil: “Bununla bağlı qərar bankın Direktorlar Şurasının bu ilin yayında keçiriləcək iclasında qəbul olunacaq”.

Suma Çakrabarti həmçinin bildirib ki, AYİB “Cənub Qaz Dəhlizi” layihəsində də iştirak edəcək.