BANK

13 May
3

“Bank BTB” mənfəətini kapital artımına yönəldib

“Bank BTB” səhm emissiyası hesabına nizamnamə kapitalını 5,16 milyon manat artıraraq 50 milyon manata çatdırıb. Bu barədə fins.az “Turan”a istinadən xəbər verir. Bununla belə, bankın 3 səhmdarı səhmlərin alınmasına nağd şəkildə cəmi 218 min manat ödəyib. Qalan məbləğ isə bankın ötənilki bölüşdürülməmiş mənfəəti hesabına təmin olunub. Bu barədə səhmdarlar fevral ayında qərar veriblər.

“Bank BTB” 2011-ci ildə 12 milyon manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb. Onun səhmdarları Nigar İsmayıl qızı Mehdiyeva (75%) Sadiq Rza İsmayıl oğlu (19%) və Tükəzban Ağa qızı Mahmudovadır(6%).