BANK

14 May
3

İpoteka Fondunun reytinqi təsdiqləndi

“Fitch” - beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) xarici və milli valyutada emitentin defoltu üzrə uzunmüddətli reytinqlərini "BBB-" səviyyəsində təsdiqləyib. Fins.az-ın xəbərinə görə, agentliyin AİF-in reytinqləri üzrə proqnozu isə "Sabit” olub. Qurumun yaydığı məlumatda bildirilir ki, AİF-in reytinqləri Azərbaycanın suveren reytinqi ilə eyni səviyyədə durur, çünki fond dövlət sektoru təşkilatı kimi mənzil maliyyələşdirilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayır və onun fəaliyyətinə AMB vasitəsilə sərt nəzarət olunur. Fond da öz istiqrazları üzrə AMB-dən zəmanət tələb edir.