BANK

16 May
5

I rübün əmanət nəticələri məlum oldu

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2015-ci ilin 1-ci rübünün nəticələrini açıqlayıb. Fonddan fins.az-a verilən məlumata görə, 1-ci rübdə fiziki şəxslərin əmanətləri 12% artaraq 7,5 milyard manat təşkil edib ki, bunun da 4,1 milyard manatı qorunan (2014-cü ilin 1-ci rübünə nisbətən 33,2% çox), 3,4 milyard manatı isə qorunmayan əmanətlərdir (2014-cü ilin 1-ci rübünə nisbətən 5,4% az).

Hazırda Fonda üzv banklar 6 985 590 əmanətçiyə xidmət göstərir ki, onların da 6 257 920 nəfəri (89,6%) qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,5%-nin əmanəti 30 min manata qədər olduğu üçün 100% kompensasiya edilir.

Qorunan əmanətlərin 52%- i ABŞ dollarının, 44%-i manatın, 4%-i avronun payına düşür.

Hazırda Fondun sığorta ehtiyatları 99 milyon manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 83 milyon manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirliliyi 4,3%-dir. Fondun 5 milyon avro vəsaitini “Deutsche Asset & Wealth Management International” şirkəti idarə edir. Fondun gəlirləri 5,9 milyon manat olub ki, bunun da 5 milyon manatını sığorta haqları, 867 min manatını isə faiz gəlirləri təşkil edib. Fondun cəmi xərcləri 386 min manat olub.