BANK

20 May
6

Mərkəzi Bankdan banklara tapşırıq

Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri ilə görüş keçirilib. AMB-dən fins.az-a verilən məlumata görə, görüşün məqsədi ilk Avropa Oyunları zamanı ölkədəki bankomat və POS-terminal şəbəkəsinin stabil fəaliyyətinin təmin olunması olub. Bunun üçün bank rəhbərlərinə aşağıdakı tapşırıqlar verilib:

- bankomat şəbəkəsinin kifayət qədər milli və xarici valyutada nağd pul vəsaitləri ilə təchiz edilməsi və həmçinin, texniki baxımdan daima işlək vəziyyətdə olmasının mütəmadi olaraq monitorinqinin aparılması;

- tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində işləyən satıcıların POS-terminallardan istifadə qaydaları barədə məlumatlandırılması;

- tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daima işlək vəziyyətdə olması üçün monitorinqin aparılması.

Həmçinin, həyata keçiriləcək tədbirlərin koordinasiya olunması məqsədi ilə hər bir kommersiya bankında rəhbərlik səviyyəsində məsul şəxslərin ayrılması tapşırılıb.