BANK

21 May
7

Avropanın aparıcı banklarının reytinqi düşdü

“Fitch” – beynəlxalq reytinq agentliyi Avropanın 20 aparıcı bankının uzunmüddətli kredit reytinqini aşağı salıb. Fins.az-ın məlumatına görə, söhbət 20 bankdan gedir. Bunlar İspaniya, Almaniya, İtaliya, Portuqaliya, İrlandiya və Avstriyada fəaliyyət göstərən maliyyə təşkilatlarıdır. Onların arasında “Commerzbank AG” və “Deutsche Bank AG” kimi məşhur banklar da var. Bu bankların reytinqinin onsuz da aşağı olduğu, indi isə bir qədər də endirildiyi bildirilir.