BANK

21 May
2

Beynəlxalq Bankın güdazına gedən daha bir nəfər

“Azərbaycan Beynəlxalq Bankı”nın vəsaitlərini mənimsəməkdə ittiham olunaraq həbs edilmiş daha bir nəfərin kimliyi bəlli olub. Fins.az-ın “Qafqazinfo”ya istinadən yaydığı məlumata görə, söhbət Şəkidə fəaliyyət göstərən süd emal zavodunun - “Aqro-İndastri ” MMC-nin icraçı direktoru, 54 yaşlı Rəfael Rəhimovdan gedir. Bu barədə onun həyat yoldaşı Kifayət Rəhimova məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı digər iş adamları kimi mayın 12-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub və orada saxlanılıb: “Bu günə kimi isə ərimlə əlaqə yaratmaq mümkün olmayıb”.

Kifayət Rəhimova onu da bildirib ki, sözügedən zavod 2006-cı ildə açılıb, əri isə 2009-cu ildən həmin quruma rəhbərlik edib. Şirkət “Azərbaycan Beynəlxaq Bankı”na məxsus olub.