Bank

22 May
3

5 bank cərimələndi - valyuta maxinasiyasına görə

Dünyanın aparıcı banklarından 5-i valyuta bazarında maxinasiyaya yol verdiklərinə görə cərimələnib. Fins.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunlar ABŞ-ın “JPMorgan” və “Citigroup” bankları, Böyük Britaniyanın “Barclays” və “Royal Bank of Scotland” bankları, eləcə də İsveçrənin “UBS” bankıdır. Onlar ABŞ və Böyük Britaniya hökumətləri tərəfindən cərimə edilib.

Artıq “UBS” “günah”ın etiraz edib və 545 milyon dollarlıq cəriməni ödəməyə razılıq verib. Ən böyük cərimə məbləğini isə “Barclays” ödəyəcək – 2,4 milyard dollar. Digər 3 bankın ödəyəcəyi cərimələrlə birlikdə 5 bankın gözlənilməz xərci 6 milyard dollar olacaq.