BANK

27 May
8

Kreditini ödəmədi, həbs olundu

Azərbaycanda daha bir iş adamı həbs olunub. Fins.az-ın apa-ya istinadən yaydığı məlumata görə, söhbət “City Devoloper” MMC-nin direktoru Bəkirov Ratmir Əliəşrəf oğlundan gedir. Onun vəkili Kamandar Nəsibovun verdiyi məlumata görə, R. Bəkirovun barəsində həbs qətimkan tədbiri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə seçilib. R. Bəkirov barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən cinayət işi başlanılıb. Onun Azərbaycan Beynəlxalq Bankına kredit borcunun olduğu bildirilir.