BANK

31 May
3

“Azərbaycan üçün 45 bank çoxdur” – AİB

“Azərbaycanda bankların konsolidasiyası həyata keçirilməlidir”. Fins.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bunu Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin dövlət idarəçiliyi, maliyyə və ticarət sektoru şöbəsinin direktoru Betti Uilkinson deyib. Onun sözlərinə görə, Azərbaycan kimi ölkə üçün 45 bank çoxdur: “İlk növbədə, bank sahəsində idarəetmə sisteminin nə dərəcədə yaxşı təşkilinə və bankların hansı maliyyə mənbələrinin olduğuna baxmalıyıq. Onların müştəri bazasına və inkişaf strategiyasına baxmaq, sonra kiçik bankları daha böyük banklarla birləşdirmək lazımdır".

Xanım B.Uilkinson qeyd edib ki, konsolidasiya dünyanın bir çox ölkələrində həyata keçirilən normal prosesdir: "Hələlik AİB-in Azərbaycan banklarından birində pay sahibi olmaq və mümkün birləşmədə iştirak etmək kimi planı yoxdur. Bizə belə bir sorğu daxil olsa, əlbəttə, onu nəzərdən keçirəcəyik. Lakin hələlik belə bir müraciət daxil olmayıb".