BANK

02 İyun
8

Asiya İnkişaf Bankından “Accessbank”a dəstək

Asiya İnkişaf Bankının Azərbaycanın bank sektoruna ayırmaq istədiyi 120 milyon dolların 75 milyon dollarını “Accessbank”a yönəldəcək. Bu barədə fins.az “İnterfaks-Azərbaycan” agentliyinə istinadən xəbər verir. Məlumata görə, bu vəsait hesabına ölkədə aqrar-sənaye müəssisələri ilə bağlı əməliyyatların genişlənməsi, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yaradılması maliyyələşdiriləcək.