BANK

03 İyun
8

Mərkəzi Bankın valyuta ehtiyatları artdı

Bu ilin may ayının yekunlarına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 8 milyard 430 milyon dollar təşkil edib. Fins.az-ın AMB-yə istinadən yaydığı məlumata görə, bu, aprel ayının sonu ilə müqayisədə 0,5% və yaxud 42,9 milyon dollar çoxdur. Ötən ilin iyul ayından bəri ilk dəfədir ki, valyuta ehtiyatları artım nümayiş etdirir. İlin əvvəli ilə müqayisədə sözügedən göstərici 38,7%, son 1 ildə isə 44,1% azalıb.