BANK

04 İyun
8

Azərbaycanda kredit qoyuluşu azalmaqda davam edir

Bu ilin yanvar-aprel aylarının yekunlarına görə, Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 milyard 4,8 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, yanvar-mart aylarının yekunlarına ilə müqayisədə 68 milyon manat və yaxud 0,34% azdır. Bununla belə, ilin əvvəlinə nisbətən kreditləşmənin məbləği 11,03%, son 1 ildə isə 26,81% artıb.