BANK

04 İyun
5

Ən populyar banklar hansılardır? - SİYAHI

“Media consulting & services” şirkəti may ayında Azərbaycan mətbuatında ən çox xatırlanan bankların siyahısını açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ay mətbuatda bank mövzusuna 19725 dəfə toxunulub.

Ən çox adı çəkilən bank “Azərbaycan Beynəlxalq Bankı” olub. Mayda bu bankdan götürülmüş kreditlərin vaxtından qaytarılmaması ilə bağlı iş adamları həbs edilsiyindən, bankın adı KİV-lərdə 1921 dəfə hallanıb. Sonrakı yerləri “Dəmirbank” (301 məlumat), “Unibank” (265 məlumat), “Expressbank” (254 məlumat) və “Bank of Baku” (214 məlumat) tutub.