BANK

04 İyun
5

"Zıraat Bank Azərbaycan"a rəhbər təyin olundu

"Zıraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub. Fins.az-ın məlumatına görə, bu vəzifə Avni Demirciyə həvalə olunub. O, bu təyinata qədər “Zıraat Bankası”nın Rusiyadakı nümayəndəliyində çalışıb. "Zıraat Bank Azərbaycan"ın İdarə Heyətinin sədr müavini vəzifəsinə isə Alptekin Sarıgöl təyin edilib. O isə buna qədər “Zıraat Bankası”nın səhmdarı olduğu “Azər-Türk Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Azərbaycan Mərkəzi Bankı “Zıraat Bank Azərbaycan”a bank fəaliyyəti göstərmək üçün lisenziyanı ötən il, dekabrın 30-da verib. Bank 50 milyon manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq.