BANK

10 İyun
8

“Zıraat Bank Azərbaycan” ilk filialını açmağa hazırlaşır

Azərbaycan Mərkəzi Bankı “Zıraat Bank Azərbaycan” ASC-yə ilk filialını açmaq üçün icazə verib. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, yeni filial paytaxtın Səbail rayonunda, İstiqlaliyyət küçəsində (metronun “İçəri Şəhər” stansiyası ilə üzbəüz) yerləşir.

Bununla belə, “Zıraat Bank Azərbaycan”dan fəaliyyətə başlayacaqları tarixin hələ məlum olmadığını deyiblər: “Komandamız gecə-gündüz işləyir, amma konkret tarix demək çətindir, tezliklə fəaliyyətə başlayacağıq”.

Azərbaycan Mərkəzi Bankı “Zıraat Bank Azərbaycan”a bank fəaliyyəti göstərmək üçün lisenziyanı ötən il, dekabrın 30-da verib. Bank 50 milyon manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq.