BANK

11 İyun
4

Azərbaycanda ipoteka kreditləşməsi 42%-dən çox azalıb

2015-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 21,9 milyon manat məbləğində ipoteka krediti verilib. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 milyon manat və yaxud 42,4% azdır. Son 1 ildə verilmiş kreditlərin orta məbləği 1,8% artaraq 40482 manat, kreditlərin orta illik faiz dərəcəsi 0,11% azalaraq 6,74%, kreditlərə görə aylıq ödəniş məbləği isə 21,4 manat azalaraq 297,6 manat təşkil edib. Kreditlərin orta müddəti isə 1 ay artaraq 279 ay olub.