BANK

12 İyun
4

Avropa Oyunlarının xatirə sikkələrinin qiymətləri açıqlandı

Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi Avropa Oyunlarının xatirəsini əks etdirən sikkələrin qiymətləri məlum olub. Fins.az-ın ANS TV-yə istinadən məlumatına görə, artıq qızıl, gümüş və nikel sikkələrin satışına başlanılıb. Ancaq heç də bütün növ sikkələr satılmır.

Bir müddət əvvəl AMB xatirə sikkələrini təqdim edərkən onların banklar vasitəsilə satılacağını bildirmişdi. Sorğu nəticəsində məlum olub, bu sikkələrə tələbat həddən artıq böyükdür. Bankların bir neçəsi bu sikkələri satışa çıxarılan kimi satıldığını bildirib. Kommersiya banklarına satılmaq üçün gümüş və metal pullar verilib. Qızıl sikkələr isə ümumiyyətlə satışa çıxarılmayıb.

Qiymətə gəlincə isə gümüş sikkənin bir ədədi bankdan aslı olaraq 70-75 manata, adi metal sikkənin qiyməti isə 20-25 satılır.

Xatirə sikkələri Böyük Britaniyanın Kral sikkəxanasında hazırlanıb. Sikkələrin dizayn mövzusu 5 idman növünə həsr edilib. Üst tərəfdə hər bir idman növünün təsviri, arxa tərəfdə isə Azərbaycanın gerbi, aypara və milli ornamentlər əks etdirilib.