BANK

30 İyun
5

Mərkəzi Bankdan kreditlərlə bağlı qərar

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarına müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1%-i keçməməsi barədə göstəriş verib. Fins.az-ın “Report”a istinadən yaydığı məlumata görə, bu qərar artıq bu gündən qüvvədədir. AMB-nin göstərişindən sonra bir çox banklar istehlak kreditləşdirilməsini müvəqqəti dayandırıb və yaxın dövr üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək üçün bank rəhbərliyi səviyyəsində məsləhətləşmələrə başlanılıb.

Azərbaycanda kreditlərə görə komisyon haqlarının yüksək olması vaxtaşırı müzakirə obyekti olub. Ölkədə elə bank var ki, onun kreditə görə tutduğu komisyon haqqı hətta 10%-dən yüksəkdir. Bu da son nəticədə kreditlərin faktiki illik faiz dərəcəsinin (FİFD) yüksək olmasına gətirib-çıxarır. AMB-nin göstərişindən sonra banklardakı FİFD göstəricisi əhəmiyyətli dərəcədə aşağı düşə bilər. Əlbəttə, bu qərarın əvəzində banklar kreditlərin illik faiz dərəcəsini artırmasa.