Bank

04 July
2

Arif Paşayev “PAŞA Bank”ın Müşahidə Şurasından getdi

"PAŞA Bank"ın Müşahidə Şurasına (MŞ) yeni sədr təyin olunub. Fins.az-ın bankın saytına istinadən yaydığı məlumata görə,bu vəzifə Mir Camal Paşayevə həvalə edilib. O, bundan əvvəl “Kapital Bank”ın MŞ-nın sədri olub. Mircamal Paşayev “PAŞA Bank”da Ağa-Əli Kamalovu əvəz edib.

Bundan başqa, indiyə qədər bankın MŞ-da təmsil olunan Arif Paşayev üzvlükdən çıxarılıb. Hazırda “PAŞA Bank”ın MŞ-nın üzvləri Fərid Axundov, Vadim Şneyer, Nəriman Sərdarlı və Kəmalə Nuriyevadır.