BANK

08 İyul
7

Azərbaycanda problemli kreditlər sürətlə artır

Bu ilin may aylarının yekununa görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 313,2 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, aprel aylarının yekunu ilə müqayisədə 4,5% və ya 56,6 milyon manat çoxdur. İlin əvvəlindən bəri problemli kreditlər 34,5%, son 1 ildə isə 45,1% artıb.

Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi isə 1 ay ərzində 6,1%-dən 6,4%-ə yüksəlib. Bu nisbət ilin əvvəlində 5,3%, ötən ilin eyni dövründə isə 5,5% olub.

Maraqlıdır ki, problemli kreditlər ölkə üzrə kredit qoyuluşunun azalması fonunda artır. Bu isə onu göstərir ki, banklarda kredit ödənişləri ilə bağlı vəziyyət getdikcə pisləşir.