BANK

08 İyul
4

Əmanətlərin “dollarlaşma”sı prosesi sabitləşib

Əvvəlki aylardan fərqli olaraq may ayında Azərbaycan əhalisinin banklarda xarici valyuta ilə yerləşdirdiyi əmanətlərdə artım olmayıb. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Belə ki, may ayının yekununa görə, xarici valyuta ilə əmanətlər 5 milyard 428,5 milyon manat təşkil edib. Bu da aprel ayının yekunu ilə müqayisədə 0,8% azdır. Mayda milli valyuta ilə əmanətlər də azalıb – 3,2%. Belə ki, manatla yerləşdirilmiş əmanətlər aprelin sonunda 2 milyard 245,1 milyon manat olduğu halda, mayın sonunda bu rəqəm 2 milyard 172,6 milyon manata düşüb.

May ayında əmanətlərdəki “dollarlaşma” nisbəti də ciddi dəyişməyib. Apreldə bu nisbət 70,9% olduğu halda, mayda 71,4% olub. Yəni, “dollarlaşma” nisbəti cəmi 0,5% artıb.