Bank

21 July
2

İstehlak kreditlərinin reklamına dair yeni tələblər

Azərbaycanda ötən həftə qüvvəyə minmiş “Reklam haqqında” yeni qanun istehlak kreditlərinin reklamına dair sərt tələblər müəyyən edib. Fins.az-ın məlumatına görə, həmin tələblər kredit təşkilatlarını kreditlərin şərtləri barədə əvvəlcədən müştərilərə məlunat verməyə məcbur edir. Söhbət aşağıdakı məlumatlardan gedir:

1) kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər;

2) kreditin müddəti;

3) kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ;

4) kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi. Özü də bütün bu məlumatlar aydın şəkildə oxuna bilən ölçülərdə yayımlanmalıdır. Ekspertlər hesab edir ki, yeni reklam qanunvericiliyi banklara reklamda istehlakçı üçün əhəmiyyətli məqamları gizlətməyə, yalnız cəlbedici məqamları qabartmağa imkan verməyəcək.