BANK

22 İyul
5

“Bank of Baku”nun problemli kreditləri 14%-ə yaxınlaşdı

Bu ilin 2-ci rübünün yekunlarına görə, “Bank of Baku”nun problemli kreditləri 83 milyon manat təşkil edib. Bu barədə Fins.az bankın maliyyə hesabatına istinadən xəbər verir. Bankın kredit portfelinin 599,4 milyon manat olduğunu nəzərə alsaq, verilmiş kreditlərin 13,9%-nin vaxtının keçdiyini deyə bilərik.

Halbuki, 1-ci rübün yekununda “Bank of Baku”da problemli kredit nisbəti 10,4% olub. Belə ki, bank 668,7 milyon manat kredit verib və bunun 69,5 milyon manatının geri qaytarılmasında problem yaranıb.

O da maraqlıdır ki, “Bank of Baku”nun problemli kreditləri kredit portfelinin azalması fonunda artır. Yəni, portfel 3 ay ərzində 69,3 milyon manat kiçildiyi halda, vaxtı keçmiş kreditlər 13,5 milyon manat böyüyüb. Bu isə çox güman ki, 34%-lik devalvasiyadan sonra bankın kreditləşməni bir müddət dayandırması, eləcə də dollarla kredit götürmüş müştərilərin banka ödəniş etməkdə çətinlik çəkməsi ilə bağlıdır.