BANK

24 İyul
4

Almaniyada ilk İslam bankı yaradıldı

Almaniyada ilk İslam bankı ölkənin maliyyə mərkəzi hesab edilən Frankfurtda açıldı. Fins.az-ın banker.az-a istinadən məlumatına görə, Küveyt-Türk maliyyə institutu olan Kuveyt Turk Bank-ın törəmə bankı olan KT Bank AG şəriət qaydalarına uyğun olaraq fəaliyyət göstərəcək. Bu o deməkdir ki, bank müştərilərinə təqdim etdiyi kreditlərə faiz dərəcəsi təyin etməyəcək.

Təxminlərə əsasən, bankın müştəri bazasını Almaniyada yaşayan müsəlmanlar təşkil edir. Müxtəlif qiymətləndirmələrə görə, müştərilərin sayı 4 milyondan 5 milyona qədər dəyişə bilər. Kredit təşkilatı əsas olaraq kiçik və orta bizneslə məşğul olan müəssisə rəhbərlərinin kreditləşməsinə istiqamətlənib.

KT Bank AG Frankfurtla yanaşı Köln və Düsseldorf şəhərlərində də filial açmağı planlaşdırır.