BANK

25 İyul
2

1-ci yarımilin əmanət nəticələri məlum oldu

Bu ilin 1-ci yarısının yekunlarına görə, Azərbaycan əhalisinin banklarda 7 milyard 561 milyon manat əmanəti olub. Bu barədə fins.az-a Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

Məlumata görə, 6 ay ərzində fiziki şəxslərin əmanətləri ümumilikdə 884 milyon manat (13,2%)artıb. Kompensasiya olunan əmanətlər isə 437 milyon manat (25,9%) artaraq 2 122 milyon manat olub ki, bu da ümumi əmanətlərin 28%-ni təşkil edir.

Hazırda Fonda üzv banklar 7 147 401 əmanətçiyə xidmət göstərir ki, bunun da 90%-i və ya 5 895 798-i sığortalı əmanətçilərdir.

Sığortalanmış əmanətlərin 69% - i ABŞ dollarının, 27%-i manatın, 4%-i avronun payına düşür.

6 ayın yekunlarına görə, Fondun sığorta ehtiyatları 103 milyon manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaitlərinin 85,5 milyon manatı dövlət qiymətli kağızlarında yerləşdirilib və illik gəlirlilik orta hesabla 4,2 % təşkil edib. Fondun 5,0 milyon avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur. Fondun sərbəst vəsaitləri 11,4 milyon manat olub.

1-ci yarımilin yekunlarına görə, Fondun gəlirləri 12,4 milyon manat olub ki, bunun da 10,6 milyon manatını sığorta haqları, 1,8 min manatını isə faiz gəlirləri təşkil edib. Fondun cəmi xərcləri 766,5 min manat olub.

2015-ci ilin II rübün sonuna Fondun iştirakçısı olan bankların sayı 44-dür.