BANK

28 İyul
3

Yadigar Cəfərli Beynəlxalq Bankın mətbuat katibi oldu

“Azərbaycan Beynəlxalq Bankı”nın mətbuat xidmətinə yeni rəhbər təyin edilib. Fins.az-ın məlumatına görə, bu, indiyə qədər “Azər-Türk Bank”ın mətbuat katibi vəzifəsində işləyən Yadigar Cəfərlidir. Artıq o, vəzifəsinin icrasına başlayıb. Xatırladaq ki, Yadigar Cəfərli uzun müddət Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində, “Kapital Bank”da mətbuat xidmətinə rəhbərlik edib.