BANK

03 Avqust
3

“Bank Technique”: “Çətinliklərimiz var”

“Bank Technique” son vaxtlar bankın düşdüyü vəziyyət və bununla bağlı yayılan məlumatlarla əlaqədar olaraq məlumat yayıb. Fins.az-ın məlumatına görə, bankdan bildirilib ki, bank mövcud şəraiti nəzərə alaraq xərclərin optimallaşdırılmasını həyata keçirir. Məlumatda o da bildirilir ki, son dövrlərdə notariat kontorları və Bakı Metropoliteni ilə əməkdaşlığın dayandırılması ilə əlaqədar, bank həmin müəssislərlə işləyən strukturlarında bir sıra ixtisarlar aparıb. “Bank Technique” bəyanatında deyilir ki, üzləşdiyi çətinliklərə rəğmən, öz fəaliyyətini davam etdirir və yaxın gələcəkdə müştərilərinə daha yüksək səviyyədə xidmət göstərmək əzmindədir. Xatırladaq ki, bir qədər əvvəl bankın notariuslardakı ödəmə terminallarının işi dayandırılıb, notariusların depozit hesabları da bankdan çıxarılıb, eləcə də bankda ödəniş problemi yaranıb, bankın plastik kartlarından pulun çıxarılmasına limit qoyulub.