BANK

08 Avqust
4

Azərbaycanda problemli kreditlər rekord həddə çatıb

Azərbaycan banklarında problemli kreditlərin həcmi 2005-ci ildən bəri ən yüksək həddə çatıb. Fins.az-ın Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya əsasən verdiyi məlumata görə, iyulun 1-ə olan vəziyyətə problemli kreditlərin həcmi 1 milyard 338,7 milyon manat olub. Təkcə iyun ayında problemli kreditlər daha 25,5 milyon manat artıb və ümumi kredit portfelinin 6,6%-nə çatıb. Bu 2005-ci ildən indiydək problemli kreditlərin həm məbləğ ifadəsində, həm də ümumi kredit portfelindəki payı baxımından ən böyük göstəricidir. Xatırladaq ki, bir ay əvvəl problemli kreditlərin payı 6,4%, bu ilin əvvəlində 5,3%, bir il əvvəl isə 5,2% təşkil edib.