BANK

10 Avqust
4

ABB-nin özəlləşdirilməsinə hazırlıq beş il vaxt apara bilər

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin özəlləşdirilməsinə hazırlıq beş il vaxt apara bilər. Fins.az-ın "Trend"-ə istinadən məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi banka istinadən yazır.

Agentliyin saytında dərc edilən məlumata görə, bu, ortamüddətli perspektivdə dövlətin bankdakı payının (51,07 faiz) qorunacağı anlamına gəlir: "Özəlləşdirilmə baş tutsa belə, ABB ölkədə ən iri bank kimi sistem formalaşdıran qismində qalacaq və dövlətin iştirakı ilə şirkətlərlə fəaliyyətini qoruyacaq".

Bankdan "Fitch Ratings"ə bildiriblər ki, söhbət 2015-ci ilin sonunda problemli aktivlərin əhəmiyyətli hissəsinin alınmasından gedir.

"Fitch Ratings"in analitiklərinin fikrincə, ABB-nin problemli aktivlərinin həcmi əhəmiyyətli dərəcədədir.