Bank

12 Avqust
3

“Bank Technique”dəki ipoteka ödənişləri 3 banka yönəldildi

Son günlər nağd pul çatışmazlığı ilə bağlı ciddi problemlər yaşayan “Bank Technique”dən ipoteka krediti götürənlər ödənişi başqa banklara edəcəklər. Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondundan (AİF) fins.az-a verilən məlumata görə, artıq bununla bağlı kreditorlar məlumatlandırılır. “Bank Technique”ni əvəz edəcək müvəkkil banklar “Dəmirbank”, “Nikoylbank” və "Caspian Development Bank"dır. Fondda bildirilir ki, Azərbaycanda əksər banklar ipoteka ödənişləri ilə bağlı elektron hökumət portalına (APUS sistemi) qoşulsa da, “Bank Technique” indiyə qədər bu addımı atmayıb. Bu da son nəticədə ödənişlərin birbaşa AİF-ə daxil olmasına mane olub. Buna görə də, portala qoşulmuş 2 bank vasitəsilə ipoteka ödənişlərinin qəbul edilməsinə qərar verilib.

Xatırladaq ki, “Bank Technique”də ipoteka ödənişləri ilə bağlı problem bu aydan yaranıb. Bir qədər əvvəlk bankdan Fins.az-a verilən açıqlamada bunun texniki məsələ olduğu bildirilmişdi.