BANK

18 Avqust
2

«Evrobank»ın ləğvinə başlandı

Azərbaycanda daha bir bankın ləğv edilməsinə başlanıb. Fins.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 10.07.2015-ci il tarixli 27 saylı qərarı ilə “Evrobank” ASC-nin bank lisenziyası ləğv olunmuş, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə: “Evrobank” ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması; “Evrobank” ASC-yə ləğvedici qismində “Azerbaijan İnternational Consultinq Company” MMC-nin təyin edilməsi qərara alınıb. Ləğvedicinin hüquqi ünvanı: Bakı şəhəri, Mətbuat prospekti 18/7, 539-cu məhəllə. Tel: 012-539-47-22; 012-539-73-17.

Ləğvetmə prosesi “Evrobank” ASC-nin baş ofisində- Bakı şəhəri, Plotnikov küçəsi, 21 nömrəli ünvanda həyata keçirilir. Qeyd etmək lazımdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə müvafiq olaraq bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Ləğv prosesində olan “Evrobank” ASC-nin ləğvedicisi “Azerbaijan İnternational Consultinq Company” MMC-dir.

Xatırladaq ki, bir neçə gün əvvəl 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi lisenziyası ləğv olunan “Evrobank”ın müflis elan olunması ilə bağlı qərar qəbul edib.