BANK

18 Avqust
4

Sərhədçilərə bayram endirimi – KREDİTİ 3% UCUZ GÖTÜRƏCƏKLƏR

Sərhəd Qoşunlarının əməkdaşlarını peşə bayramı münasibətilə TuranBank sərhədçilər üçün kredit faizlərində 3% endirim edib. Bankdan fins.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının bütün şəxsi heyəti - zabit və əsgərləri 18, 19 və 20 avqust tarixləri aralığında bankdan mövcud istehlak kreditlərinin illik faizlərindən 3% aşağı faizlə kredit götürə bilər. Bunun üçün göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etmək kifayətdir.