BANK

19 Avqust
9

Bankların xərcləri azaldıldı – MƏRKƏZİ BANKDAN YENİ QƏRAR

Azərbaycan Mərkəzi Bankı dünyada, bölgədə və ölkədə baş verən iqtisadi proseslər fonunda iqtisadi aktivliyi dəstəkləmək üçün tədbirləri davam etdirir. AMB-dən fins.az-a verilən məlumata görə, iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxışının asanlaşdırılması, məsuliyyətli kreditləşmə, kredit faizlərinin azaldılması istiqamətində qərarlar qəbul edilib. Belə ki, AMB İdarə Heyətinin 13 avqust 2015-ci il tarixli iclasında bankların əməliyyat xərclərinin optimallaşmasına dəstək vermək və maliyyə resurslarının maya dəyərinin azaldılması ilə faiz dərəcələrinin aşağı düşməsini stimullaşdırmaq məqsədilə bir sıra yeni qərarlar qəbul edilib.

Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən AZİPS (Real vaxt rejimində banklararası hesablaşmalar sistemi) sistemi vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət haqları 2 dəfə azaldılıb.

Bununla yanaşı, nağd pulun məxarici üzrə tariflərə dəyişikliklər edilib. İri nominallı əskinaslara (50 və 100 manat) tətbiq olunan 0,15% tarif ləğv edilib, nağd pulun gün ərzində ikinci və daha sonrakı mədaxili və məxarici üzrə tariflər 0,05% müəyyən edilib