BANK

26 Avqust
4

​“Kapital Bank”ın bankomatında yanğın olub

Bərdə şəhərində “Kapital Bank” ASC-nin filialının qarşısında quraşdırılmış bankomatın plastik kart daxil olan rezin hissəsi yanıb. Fins.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, bankomatın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.