BANK

27 Avqust
3

Beynəlxalq Bankı rəhbərinin qardaşı "Bank Technique"dən getdi

"Bank Technique" ASC-nin "Mərkəz" filialının direktoru Məmmədov Əhməd Məmməd oğlu işdən çıxıb. Fins.az-ın APA-a istinadən məlumatına görə, Ə.Məmmədov bu gün öz xahişi ilə vəzifəsindən uzaqlaşıb.
Qeyd edək ki, Ə.Məmmədov “Azərsığorta” şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun oğlu, “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Elmar Məmmədovun qardaşıdır.