BANK

29 Avqust
4

Bank VTB Mərkəzi Bankın tələbini yerinə yetirdi

"Bank VTB (Azərbaycan)" Azərbaycanın milli prosesinq mərkəzi olan "AzeriCard" Prosesinq Mərkəzinə keçib. Bankdan fins.az-a verilən məlumata görə, indiyədək VTB (Azərbaycan) VTB Qrupun törəmə qurumu kimi Rusiyanın “Multikarta” Prosesinq Mərkəzi ilə əməkdaşlıq edirdi.

Amma Azərbaycan Mərkəzi Bankı (AR MB) tərəfindən bank qarşısında MB-nin ödəmə kartlarının və terminal şəbəkəsinin milli prosesinq mərkəzinə keçirilməsi tələbi qoyulub. “Mərkəzi Bankın tövsiyələrinə əsasən, bankımız yerli prosesinq mərkəzinə keçid layihəsini həyata keçirdi. Ümumilikdə, yeni prosesinq mərkəzinə keçid plana uyğun reallaşdırıldı. Artıq bankımızın bütün ödəmə kartları və terminal şəbəkəsi "AzeriCard" Prosesinq Mərkəzi tərəfindən dəstəklənir”, - deyə "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.