BANK

02 Sentyabr
6

“Zıraatbank” “AzəriCard”la əməkdaşlıq edəcək

"AzeriCard" prosessinq mərkəzi və "Ziraat Bank Azərbaycan" ASC arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Mərkəzdən verilən məlumata görə, müqavilə çərçivəsində "Ziraat Bank Azərbaycan" ASC-yə "AzeriCard" tərəfindən prossesinq xidmətlərinin göstərilməsi planlaşdırılır. Tezliklə tərəflər bankın kart infrastrukturunun yaradılması istiqamətində aktiv işlər görməyə başlayacaqlar.

Beləliklə, "Ziraat Bank Azərbaycan" ASC ilk altı ay ərzində "AzeriCard" prosessinq sisteminə qoşulan üçüncü bank oldu. "AzeriCard" prosessinq sistemində xidmət olunan bankların sayı 34-ə çatıb.